Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb

Yaponiyada leysan yağışların yol açdığı sürüşmə və subasma nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb, 27 nəfər itkin düşüb

APA-nın məlumatına görə, bu barədə "Kiodo" agentliyi Yaponiya Baş Polis İdarəsinə istinadən məlumat yayıb.  
 
Bundan əvvəl 209 nəfərin öldüyü bildirilmişdi. 
 
Qeyd edək ki, keçən həftənin sonlarında leysan yağışlar Yaponiyanın cənub-qərbində və mərkəzində subasma və sürüşmələrə səbəb olub. Bir neçə yerdə çaylar məcrasından çıxıb. 
Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb - Milliyol.az