Yay gəlməmiş 100 nəfər dondurmadan zəhərləndi


Qazaxıstanın Çimkənt şəhərində dondurmadan kütləvi zəhərlənmə baş verib

Trend-in məlumatına görə, 100 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Xəstəxanaya müraciət edənlərdən 38-nin ambulator müalicə üçün artıq evə buraxıldığı, qalan xəstələrin isə yaxın günlərdə buraxılacağı bildirilib.

Zəhərlənməyə səbəb olması ehtimal edilən dondurmalardan nümunələr artıq laborator müayinələrə təqdim olunub. İnsidentlə bağlı araşdırma başlayıb.