Yüksək Texnologiyalar Parkının adının dəyişdirildi (SƏRƏNCAM)  

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.

MilliYol.az xəbər verir ki, sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Yüksək Texnologiyalar Parkının adının dəyişdirildi (SƏRƏNCAM) - Milliyol.az