Yuxarı Şirvan kanalında meyit tapıldı


Yuxarı Şirvan kanalının Göyçay rayonunun Cəyirli kəndindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakinləri kanalda meyit görərək rayon Polis Şöbəsinə məlumat veriblər.

Orta yaşlarda olan kişi meyiti sudan çıxarılıb. Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.

MilliYol.Az