Zaqatalada traktor məktəbdən çıxan uşağı vurub öldürdü


Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  
 
Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.