Zaqatalaya dolu yağdı, kənd təsərrüfatına ziyan dəydi

Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurulub

"Report"un məlumatına görə, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb.

Gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.

MilliYol.Az

Zaqatalaya dolu yağdı, kənd təsərrüfatına ziyan dəydi - Milliyol.az