“Zeytun budağı” əməliyyatı: 394 terrorçu zərərsizləşdirilib


Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayan Türkiyə ordusu terrorçulara qarşı döyüşləri, təmizləməni davam etdirirlər

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri əməliyyatın başlandığı səkkiz gün ərzində 394 yaraqlının neytrallaşdırıldığını açıqlayıb.

Eyni zamanda, məlumatda 340 hədəfin vurulduğu bildirilir.
“Zeytun budağı” əməliyyatı: 394 terrorçu zərərsizləşdirilib - Milliyol.az