Kimya elmləri doktoru, professor Müslüm Qurbanov dünyasını dəyişib.
MilliYol.az xəbər verir ki, alim ürək tutması nəticəsində vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər.
Müslüm Qurbanov 1952-ci il martın 14-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Ağalıkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb.
O, 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor elmi adını qazanıb. Alimin rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru elmi dərəcəsi alıb.
Müslüm Qurbanov nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifi olub.
Allah rəhmət eləsin!































