Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının 2026/2027 mövsümünün seçmə mərhələsinin I raundunda ilk oyununa çıxıb.
MilliYol.az xəbər verir ki, Emin Mustafayevin rəhbərlik etdiyi kollektiv səfərdə Almaniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.

































