Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 10-dan artıq ölkəyə 18 milyon 392 min 916 ton neft ixrac edib.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Çexiya və Hindistan daxildir.
2026-ci ilin 10 ayında Azərbaycan İtaliyaya 6 milyard 812 milyon 48 min ABŞ dolları dəyərində 10 milyon 532 min 637 ton, Çexiyaya 974 milyon 771 min ABŞ dolları dəyərində 1 milyon 413 min 395 ton, Hindistana isə 666 milyon 532 min ABŞ dolları dəyərində 830 min 49 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-oktyabr aylarında neft ixrac etdiyi TOP 10 ölkənin siyahısı göstərilib:

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.






























