ÇL: "Sabah" "Barselona" ilə tarixi matça çıxır

Bu gün Bakıda futbol azarkeşlərinin diqqəti UEFA Çempionlar Liqasının növbəti oyununa yönələcək. Azərbaycanın "Sabah" klubu turnirin liqa mərhələsinin V turunda İspaniyanın məşhur "Barselona" komandası ilə qarşılaşacaq.

MİlliYol.az xəbər verir ki, qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
25 noyabr
21.45 Sabah (Azərbaycan) - Barselona (İspaniya)
Hakimlər:
Nikolas Uolş, Frensis Konor (Francis Connor), Daniel Makfarleyn (Daniel McFarlane), Donald Robertson (hamısı Şotlandiya).

Qeyd edək ki, "Sabah" komandası turnirin ilk dörd turundan sonra 3 xal toplayaraq turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb.