Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin edib.
MilliYol.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı o, müvafiq əmrlər imzalayıb.
Məlumata görə, Elşad Mahmudov sədrin köməkçisi, Elmir Bədəlov isə sədrin müşaviri vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, E.Mahmudov 2022-ci ildən bu təyinata qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində, E.Bədəlov isə 2022-ci ildən bu təyinata qədər Böyük Britaniyanın Bakıdakı səfirliyində çalışıb.































