Bakıda 20 yaşlı gənc idman zalında öldü

Bakıda 20 yaşlı Rəsul Yasin oğlu Nəsibov qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, onun ürəktutmadan öldüyü ehtimal edilir.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisindəki idman zallarından birində baş verib. O, zalda idman edərkən ürəyi dayanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.