"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
MilliYol.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.
Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
Xatırladaq ki, "Sabah" hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.
Çempionlar Liqası
Liqa mərhələsi
III tur
20 oktyabr
20.45 Sabah (Azərbaycan) - Borussiya (Dortmund, Almaniya)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (İspaniya).
VAR: Sezar Soto Qrado (İspaniya).
AVAR: Valentin Qomez (İspaniya).
Bakı Olimpiya Stadionu.

































