İcra başçısı özünə yeni müavin təyin etdi (FOTO)

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

MilliYol.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.

Belə ki, Vahid Mirzəyev Başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, yeni təyinatadək Cəlilabad Şəhər Bələdiyyəsinin sədri olub.