Metroda altıvaqonlu qatarlar nə vaxt hərəkətə başlayacaq?

Bakı Metropolitenində "qırmızı xətt" üzrə hərəkət edən qatarlar altıvaqonlu olacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri rəhbəri Bəxtiyar Məmmədov deyib.

Metroda altıvaqonlu qatarlar nə vaxt hərəkətə başlayacaq?

O bildirib ki, gələcəkdə həmin xətt üzrə altıvaqonluq qatarlar hərəkət edəcək:

"Qırmızı xətt" üzrə "Həzi Aslanov " stansiyasının dalanında dönmə kamerasının tikintisi artıq başa çatdırılıb. Bildiyimiz kimi, bundan sonra eyni xətt üzrə " İçərişəhər"stansiyasının dalanında da daha bir dönmə kamerası inşa olunacaq. O da istifadəyə veriləndən sonra "qırmızı xətt" üzrə altıvaqonluq qatarlar hərəkətə başlayacaq".