Qurban Bayramov vəfat etdi

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kümisi qoxudan narahat olduğunu deyir... Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrarayon ərazisindəndir…

Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətta qatı duman formasında hər yerdən aydın görünür. Bu isə ətrafda yaşayan sakinlər üçün narahatlıq yaradır.

Kanalın əməkdaşları görüntülərin qeydə alındığı ünvana yolanıb. İaişə obyektinin inzibatçısı Anar Məmmədov əvvəlcə operatorla birgə müəssisənin damına qalxıb. Müəssisənin inzibatçısı bildirib ki, müvafiq qurumlar da mütamadi olaraq restoranda monitorinq aparıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılacaq.