Qurban Bayramov vəfat etdi

"Tam Store" barəsində də inzibati protokol tərtib olundu

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Tam Store" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Bu barədə MilliYol.az-a Agentlikdən bildirilib.

Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Bununla da "Tam Store" MMC barəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.