Xanbaba Rzayev “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni vəzifəyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, qurumun Tarif və Qiymətqoyma Departamentinin böyük mütəxəssisi vəzifəsinə təyin olunub.
Xanbaba Rzayev 2025-ci ilin iyulundan 2026-cı ilin oktyabrınadək ADY-nin Marketinq və Tarif Siyasəti Departamentində aparıcı mütəxəssis, 2024-cü ilin mayından 2025-ci ilin iyulunadək isə Kommersiya departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb.
O, bundan əvvəl 2021–2024-cü illərdə “Kapital Bank”da müştəri əlaqələri üzrə menecer, 2020–2021-ci illərdə isə “VVorld Metal İndustry” MMC-də mütəxəssis kimi fəaliyyət göstərib.
Xanbaba Rzayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb.






























