Azərbaycanda şadlıq evi 323 min manata hərraca çıxarıldı (FOTO)

Cəlilabad şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən “Orxan” şadlıq sarayının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 2 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 1 197,7 kvadrat metrə bərabərdir. 8 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 323 min manat, ilkin bazar qiyməti isə 380 min manat təşkil edir.