Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Tamara Mirzəyeva sənətçinin nəşinin vətənə gətirilməsi və dəfn mərasiminin təşkili istiqamətində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bu barədə MilliYol.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Tamara Mirzəyeva bəstəkarın son mənzilə yola salınması üçün göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək bu çətin günlərdə ailəsinə dövlət dəstəyinə görə təşəkkürünü ifadə edib.
Xatırladaq ki, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib. Onun nəşinin Almaniyadan Azərbaycana gətirilməsi və dəfn mərasiminin təşkili ilə bağlı zəruri işlər Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı tərəfindən həyata keçirilib. Mərhum noyabrın 15-də Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.






























