Polad Həşimovun anasının son durumu açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 1949-cu il təvəllüdlü Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilib:
"Aparılan müalicə nəticəsində pasiyentin ümumi vəziyyəti stabilləşib. Həkim müayinəsindən sonra ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb".
Xatırladaq ki, noyabrın 4-də S.Həşimovanın səhhətində ciddi problemlər yarandığı üçün, o, xəstəxanaya yerləşdirilib.






























