Qurban Bayramov vəfat etdi

Ölümlə nəticələnən qəza törədən şəxs Monteneqrodan ekstradisiya olunacaq

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaşzadə Dadaş Balakişi oğlunun Monteneqrodan ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

MilliYol.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, razılıq Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu, beynəlxalq prosedurlara uyğun sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində əldə olunub.

Sabunçu Rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edilib və onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.

İstintaqdan yayınaraq gizləndiyinə görə o, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Görülmüş tədbirlər nəticəsində Dadaş Dadaşzadənin Monteneqro ərazisində yeri müəyyənləşdirilərək saxlanılması təmin olunub.

Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.