Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşır

Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb.

MilliYol.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64 ABŞ dolları və ya 3,81% artaraq 126,59 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 121,95 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 126,69 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,54 ABŞ dolları və ya 3,2 % artaraq 114,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.