Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə MilliYol.az Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. 628 mln. manat transfert edilib.
Bu il sentyabr ayının 30-na ARDNF-in aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.






























