Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leyla Nəsirova vəzifəsindən azad edilib.
MilliYol.az Teleqraf-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl Beyləqan RMX-nın direktoru təyin olunan Leyla Nəsirova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Füzuli RMX-da çalışan həkim Şaiq Şükürovun təyin olunacağı gözlənilir.
Qeyd edək ki, təhvil-təslim prosesi tam yekunlaşmadığından yeni təyinatla bağlı rəsmi əmr hələ verilməyib.






























