Prezident və birinci xanım "AIREX 2026" sərgisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.

MilliYol.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.